"Domjale"nin idman direktoru Matey Orajem Samir Məsimovun transferindən danışıb. Fanat.az xəbər verir ki, klub rəsmisi gənc oyunçunu tərifləyib:
"Samir Məsimov komandamıza çox şey verə biləcək oyunçudu. O, Azərbaycanın ən yaxşı və populyar oyunçularından biridi. Bunu Bakıdakı azarkeşlərin və media nümayəndələrinin reaksiyası da sübut edir. Samir bizə pulsuz başa gəldi. Onunla müqavilə bağlayarkən, bir gündə Azərbaycandan 7 jurnalist mənə zəng vurdu. Bu isə Məsimovun Azərbaycan çempionatının ulduzu olduğunu göstərir".
Fanat.az