Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilir. Fanat.Az xəbər verir ki, Yana Alekseyevnadan sonra daha bir boksçumuz - Elvin Məmişzadə (52 kq) debüt qarşılaşmasına çıxıb.
Dünya çempionumuz 1/8 finalda Oljas Sattibayevlə üz-üzə gəlib. Hər 3 raundda rəqibini aşkar üstələyən boksçumuz qalib gələrək 1/4 finala vəsiqə əldə edib.
Məmişzadə bu mərhələdəki görüşünü avqustun 17-də keçirəcək. Onun rəqibi özbəkistanlı Şaxobidin Zairov olacaq.
Fanat.Az