“Reynaldonun “Qarabağ”la olan müqaviləsi 2018-ci ildə qüvvədən düşəcək. Onunla hansısa klubun maraqlanması, mətbuatda bu haqda informasiyaların yayılması başadüşülən haldı”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov deyib.
Ağdam klubunun sözçüsü əlavə edib: “Reynaldoyla bağlı bu qış kluba müraciət edən olmayıb. Söhbət “Gənclərbirliyi”ndən gedirsə, sözügedən Türkiyə təmsilçisi də “Qarabağ”la hər hansı şəkildə əlaqə yaratmayıb”.
Fanat.Az