"Rəvan" son legionerini də göndərdi

"Rəvan" son legionerini də göndərdi

"Rəvan" daha bir futbolçusu ilə yollarını ayırıb. Klubdan Fanat.az-a verilən məlumata görə, Kostiantin Maxnovski komandanı tərk edib.

Ukraynalı qapıçı "Rəvan"ın son legioneri idi. Bununla da paytaxt klubunda əcnəbi futbolçu qalmayıb.

Qeyd edək ki, Kostiantin Maxnovski 2015-ci ilin yayından "Rəvan"da çızış edir. 27 yaşlı qolkiper bu müddətdə 18 Premyer Liqa və 1 kubok oyununa çıxıb. Kiyev "Dinamo"sunun yetirməsi olan qolkiper bu klubun 3-cü komandasına qədər yüksələ bilib. O, daha sonra Polşanın "Piotrkovia", "LKS Lods", "Legiya" (Varşava), Ukraynanın "Obolon" və "Sevastopol" klublarında çıxış edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər