“İlk ev oyunumuzda xal qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirdik. Rəqib ustalıq səviyyəsini ilk dəqiqələrdən göstərdi". Fanat.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Roma”nı qəbul edən "ağdamlılar"1:2 hesablı yenilgiylə barışıb.
Oyundan sonra düzənlənən ənənəvi mətbuat konfransında Qurbanov məğlubiyyəti şərh edib: “Matçın başlanğıcı daha çətin alındı. İki top buraxdıq. 0:2-dən sonra futbolçularımız daha diqqətli oynamağa başladılar. Oyunçulardan razı qaldım. “Roma”nın layiqli qələbə qazandığını deməliyəm. Azarkeşlərimizə bizi sonadək dəstəklədikləri üçün təşəkkür edirəm”.
Fanat.Az