"Qurban Qurbanov belə qərar verdi"

"Qurban Qurbanov belə qərar verdi"
"Bu gün oyunumuz alınmadı. Qol imkanları yarada bilmədik. Ona görə də rəqib cərimə zərbəsindən gözəl qol vurdu. Futbolda hər şey olur". Fanat.az xəbər verir ki, bu sözlər Neftçi" ilə oyunla bağlı danışan "Qarabağ"ın futbiolçusu Maksim Medvedev deyib.
Futbolçu 0:1 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bildirib: "Neftçi"nin sol cinah müdafiəçisi Aylton daim hücuma qoşulur. Onun oyununu təhlil etmişdik və bilirdik ki, bu, belədi. İlqar Qurbanov hücumameylli futbolçudu, topun daim irəli vurulmasını istəyirdi. O, hücuma qoşulanda Aylton kimi müdafiəçi problem yaşayırdı. Sadəcə, hər iki epizodda ofsayd qeydə alındı və qolumuz sayılmadı. Mən arxada oynayıram. O xətti görə bilmirəm. İnanıram ki, televiziya vasitəsilə epizodun təkrarına baxanlar qol olub-olmadığını aydınlaşdırıblar".
Maksim sol cinahda oynamasının səbəbini açıqlayıb: "Baş məşqçi sol cinahda oynamağıma qərar verdi. Mən də solda oynadım".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər