"Çoxları hər oyunda 4-5 beş qol buraxacağımızı düşünürdülər" -Silvinyo

"Çoxları hər oyunda 4-5 beş qol buraxacağımızı düşünürdülər" -Silvinyo

Albaniya millisinin baş məşqçisi Silvinyo Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində İspaniyaya qarşı keçirdikləri oyundan (0:1) sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı mütəxəssis belə danışıb:

"Bizə dəstək olan hər kəsə, eləcə də futbolçularıma göstərdikləri oyuna görə təşəkkür edirəm. İspaniya ilə matç asan olmadı. Altı ay əvvəl çoxları hər oyunda 4-5 beş qol buraxacağımızı düşünürdülər. Amma bugünkü reallıq başqadır. Bizim çox sayda yaxşı gənc futbolçularımız var. Hər biri Albaniya futbolu üçün gələcək vəd edir".

Qeyd edək ki, Albaniya B qrupundakı mübarizəni 1 xalla sonuncu yerdə başa vurub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər