Qurban Qurbanov "Neftçi" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları deyib:
“Çox maraqlı oyun oldu. Oyunun gedişatından da, nəticədən də razı qaldım. "Neftçi" çox çətin rəqibdi. Sürətli futbol oynayırlar. Əsas odu ki, 3 xal qzanmağı bacardıq.
Qarşıda bizi çətin oyunlar gözləyir. Qələbəyə görə futbolçuları və azarkeşləri təbrik edirəm. İkinci hissə xüsusilə yaxşı keçdi. Oyunun tempi aşağı düşmədi. Rəqibə gələn oyunlarda uğurlar arzulayıram.
Rэşad Sadıqov "Kəpəz"lə oyunda 35 dəqiqə başına tikiş vurulmadan oynadı. Rəşad elə bir futbolçudu ki, sona qədər meydanda vuruşmaq istəyir. Belə olan halda onun oyuna davam etməsi Rəşada əlavə güc verir. Buna görə də, mən də ona dəstək verə bilərəm ki, oynasın. Onun üçün belə zədələr önəmli deyil".
Fanat.az