"O, məğlub olmağı sevmir” - Qurban Qurbanov

"O, məğlub olmağı sevmir” - Qurban Qurbanov

“Qarabağ” milli komandamızın hücumçusu Ağabala Ramazanovu transfer edib.

Fanat.Az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu keçidlə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

“Gənc və istedadlı futbolçudur, məğlub olmağı sevmir. Onun oyun üslubu komandamızın hücumlarına əlavə sürət və güc qatacaq. Əminəm ki, Ağabala Ramazanov bizdə oynadığı müddətdə öz ustalığını artırmaq üçün şans qazanacaq. Ağabala hər zaman xarakter və əzmkarlığı ilə seçilən futbolçulardandır. Ümumilikdə komandamızın oyun üslubuna uyğun gələn futbolçudur”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər