"Növbəti mərhələyə vəsiqə şansı öz əlimzdədir" -Edvard Yordanesku

"Növbəti mərhələyə vəsiqə şansı öz əlimzdədir" -Edvard Yordanesku

Rumıniya millisinin baş məşqçisi Edvard Yordanesku Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda Belçikadan aldıqları məğlubiyyəti (0:2) şərh edib.

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb: 

“Biz əlimizdən gələni etdik. Rəqibə qarşı mübarizə apardıq, təslim olmadıq. Komandama təşəkkür edirəm. Növbəti mərhələyə vəsiqə qazanmaq şansı öz əlimizdədir. İndi üzülmək olmaz. Uşaqlar beş gün əvvəl Ukraynaya qalib gəliblər. Artıq  Slovakiya ilə oyun barədə fikirləşməliyik”.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər