Türkiyənin iki tanınmış idman kanalı tarixi protest qərarı veriblər. Fanat.az xəbər verir ki, Türkiyə Basketbol Liqasının ilk yarımfinal qarşılaşmasında şərhçi Murat Muratxanoğlunun hücuma məruz qalması onun həmkarlarını hərəkətə gətirib.
"Fənərbaxça"nın "Qalatasaray Odebank"ı qəbul etdiyi qarşılaşmanın fasiləsində şərhçi azarkeşlərin hücumuna məruz qalıb. Ona hücum edənlər Muratxanoğlunu qərəzli şərhlər etməkdən, bitərəf davranmamaqda günahlandırıblar. Onu azarkeşlərin əlindən son anda polis əməkdaşları ala biliblər.
Bu hücuma etiraz əlaməti olaraq, cavab qarşılaşmasını ortaq yayımlayacaq "NTV Spor"un və "Lig TV"nin şərhçiləri yalnızca standart sözlərlə kifayətlənəcəklər. Oyunun gedişatına heç bir izahat verməməyi qərar alan spikerlər "top "Fənərbaxça"da", "top auta çıxdı", "hesab açıldı" tipli kəlmələrdən istifadə edəcəklər.
Fanat.az