I divizionda XXV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, tur çempionun müəyyənləşməsi ilə yadda qalıb.
Belə ki, lider "Neftçala" doğma meydanda "Mil-Muğan"a qalib gəlib - 1:0. İkinci pillədəki "Qaradağ Lökbatan" isə səfərdə "Ağsu"ya 2:3 hesabı ilə uduzub. Son 4 turdan öncə ikinci pillədən 4 xal aralanan "Neftçala" ardıcıl ikinci mövsümdə I divizionun qalibi olub."Qaradağ Lökbatan" isə ikinciliklə kifayətlənib.
Turun digər oyunlarına gəlincə, "Zaqatala" "Turan Tovuz"u 5:2, "Bakı" "Bakılı"nı 3:0 hesabı ilə darmadağın edib. "Göyəzən" səfərdə "Energetik"i, MOİK "Şəmkir"i 2:1 hesabı ilə yenib.
“Şahdağ” -“Şərurspor” oyunu isə ev sahiblərinin meydana çıxmaması səbəbindən baş tutmayıb. Oyunla bağlı qərarı İntizam Komitəsi verəcək.
I divizion
2015/16 mövsümü
II dövrə, XXV tur
6 may
Mil-Muğan - Neftçala 0:1
Qol: David Canelidze, 62-pen.
Ağsu - Qaradağ Lökbatan 3:2
Qollar: Malik Babayev, 25. Elnur Səmədov, 50. Qalib Əmrahov, 90 - Sabir Allahquliyev, 35. Raul Yaqubzadə, 38.
Zaqatala - Turan Tovuz 5-2
Qollar: Elnur Soltanlı, 12. Elvin Nəsibov, 24. Elmir Sulxayev, 37. Oruc Balaşlı, 46. Arzuman Nəsibov, 50 - Vüsal Qarayev, 53. İlkin Rzayev, 83.
Bakı - Bakılı 3:0
Qollar: Salman Altuxanov, 3. Valeh Seyidov, 26-pen. Habil Nurəhmədov, 51.
Energetik - Göyəzən 1:2
Qollar: Tural Məmmədov, 88-pen - Anar Hümbətov, 52. Nəriman Hüseynov, 60.
Şəmkir - MOİK 1:2
Qollar: Orxan Məmmədov, 4 - Röyal Nəcəfov, 20-pen. Orxan Həsənov, 65.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 25 | 19 | 2 | 4 | 64:20 | 59 | |
| 2 | Qaradağ L | 25 | 17 | 4 | 4 | 48:28 | 55 | |
| 3 | Ağsu | 25 | 13 | 7 | 5 | 45:28 | 46 | |
| 4 | MOİK | 25 | 13 | 5 | 7 | 44:23 | 44 | |
| 5 | Şəmkir | 25 | 10 | 8 | 7 | 30:23 | 38 | |
| 6 | Zaqatala | 25 | 9 | 8 | 8 | 46:35 | 35 | |
| 7 | Turan T | 25 | 9 | 6 | 10 | 34:31 | 33 | |
| 8 | Mil-Muğan | 25 | 8 | 8 | 9 | 28:25 | 32 | |
| 9 | Şahdağ | 24 | 8 | 6 | 10 | 30:42 | 30 | |
| 10 | Bakılı | 25 | 8 | 5 | 12 | 32:44 | 29 | |
| 11 | Şərurspor | 24 | 7 | 4 | 13 | 42:42 | 25 | |
| 12 | Göyəzən | 25 | 3 | 7 | 15 | 15:40 | 16 | |
| 13 | Energetik | 25 | 4 | 3 | 18 | 14:90 | 15 | |
| 14 | Bakı | 25 | 8 | 3 | 14 | 31:42 | 12 | |
| Bombardirlər | Röyal Nəcəfov (MOİK), Oruc Balaşlı (Zaqatala) - 18. Rəhman Musayev (Şərurspor), David Canelidze (Neftçala) - 16. | |||||||
| Qeyd: | FIFA-nın İntizam Komitəsinin qərarına əsasən “Bakı”nın 15 xalı silinib. | |||||||
Fanat.az