"Namiq Ələsgərov mənim komandama gəlsəydi..."

"Namiq Ələsgərov mənim komandama gəlsəydi..."

 “Namiq Ələsgərovu mən də komandamda görmək istəyərdim. Bizdə icarə əsasında oynayıb və komandaya faydası dəyib”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Mütəxəssis “Qarabağ”dan gedən gənc yarımmüdafiəçini heyətə qatmaq yönündə canfəşanlıq etməmələrinin səbəbini də açıqlayıb: “Kəpəz”in bəlli bir büdcəsi var. Çox sayda oyunçu saxlaya, belə desək, çox oyunçuya maaş verə bilmərik. Namiq gəlsəydi, gərək əvəzində iki-üç futbolçunu göndərəydik. Reallıq budu”.

Qeyd edək ki, “Qarabağ”ı tərk edən Ələsgərovun “Kəpəz”ə dönəcəyiylə bağlı ehtimallar da var idi. Ancaq futbolçu “Neftçi”ylə anlaşdı.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər