"Milli komandadan məhz belə ayrılmağı xəyal edirdim"

"Milli komandadan məhz belə ayrılmağı xəyal edirdim"

Amerika Kubokunda Kolimbiya ilə oyun Argentina millisinin oyunçusu Anxel Di Maria üçün sonuncu olub.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib. 

36 yaşlı argentinalı finaldakı qələbədən sonra belə deyib:

“Milli komandanı məhz belə tərk etməyi xəyal edirdim. Mən ön qapıdan gedirəm. Mən həmişə bu forma üçün canımı vermişəm. Argentina mənim sevgim və ölkəmdir. Hər kəsə təşəkkür edirəm”. 

Qeyd edək ki, Argentina millisi Amerika kubokunun finalında Kolumbiyaya 1:0 hesabı ilə qalib gəlib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər