"Bu gün meydanda yaxşı mübarizəyə şahidlik etdik. Fərdi şəkildə yox, komanda halında yaxşı oyun getdi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in baş m?şqçisi Zaur Svanadze "Kəpəz"lə oyundan sonra (1:0) deyib.
Baş məşqçi hücumçu problemi olduğunu bildirib: "Heyətdə zədəli futbolçularımız çoxdu. Zədədən heç kim sığortalanmayıb. O ki qaldı hücumçu probleminə, maliyyə problemimiz olduğundan yeni hücumçu transfer edə bilmədik. Yuri Fomenokunun oyunundan razı qaldım. Baxmayaraq ki, o, iki qol fürsətini boşa verdi".
Fanat.az