"Kukesi"yə keçmək varinatı var. Amma məsələ tam şəkildə həllini tapmayıb". Bu sözləri Fanat.Az-a açıqlamasında "İnter"in hücumçusu Rauf Əliyev deyib.
Əliyev daha sonra əlavə edib: "Təklif bir müddət öncədən var. Dəqiq qərarı özüm verməliyəm. Bu gün üçün keçid rəsmiləşməyib".
Qeyd edək ki, Albaniya mətbuatı ön xətt oyunçusunun avqustun 11-də çempionun düşərgəsinə qoşulacağını yazıb. "Kukesi"nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldova "Şerif"inə "ilişərək" mübarizəni dayandırdığını bildirək.
Fanat.Az