"Kolumbiya-2016": millimizin 15 potensial rəqibi

"Kolumbiya-2016": millimizin 15 potensial rəqibi
Milli komandamız futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. "Pley-off" mərhələsində Hollandiyanı mübarizədən kənarlaşdıran komandamız Kolumbiyaya vəsiqə əldə edib.
Fanat.az xəbər verir ki, artıq dünya çemponatının 24 iştirakçısından 16-sı müəyyənləşib. Avropadan millimizlə yanaşı, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya və Ukrayna dünya çempionatına vəsiqə qazanıb. "Köhnə qitə"dən son vəsiqənin sahibi bu gün keçiriləcək İtaliya - Macarıstan oyununda müəyyənləşəcək. Komandalar arasındakı ilk oyunda italyanlar qələbə qazanıb - 3:0.
Asiya zonasından mundiala 5 komanda vəsiqə əldə edib: Avstraliya, İran, Tayland, Özbəkistan və Vyetnam.
Cənubi Amerikadan Argentina, Braziliya və Paraqvay Kolumbiyaya bilet əldə edib.
Meydan sahibi Kolumbiya və Okeaniya zonasından Solomon adaları yarışın iştiraçısı olacaq.
Qalan 7 vəsiqədən 4-ü KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi), 3-ü Afrikanın payına düşür. 
Qeyd edək ki, dünya çempionatı sentyabrın 10-da başlayacaq və oktyabrın 1-də yekunlaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər