"Kimmix tarixinə, adına və böyüklüyünə görə bu klubda oynamağı arzulayır"

"Kimmix tarixinə, adına və böyüklüyünə görə bu klubda oynamağı arzulayır"

"Bayern Münhen"in və Almaniya millisinin yarımmüdafiəçisi Yozua Kimmix "Barselona"nın futbolçusu olmağı arzulayır.

Fanat.Az xəbər verir ki, bunu "Barselona"nın futbol koordinatoru Boyan Krkiç "Cadena Ser"-ə bildirib: 

"O, həqiqətən "Barselona"ya keçmək istəyir. Tarixinə, adına, böyüklüyünə görə məhz "Barselona"da oynamaq istəyir. O, iqtisadi məsələlərə qarışmır”.

Kataloniya klubu xeyli vaxtdır Serxio Busqetslə müqayisə oluna bilən alman yarımmüdafiəçi ilə müqavilə bağlamağa çalışır. Almaniya millisində və “Bayern"də futbolçunun baş məşqçisi olan Hans Flikin İspaniya nəhənginə keçidindən sonra Kimmixin bu komandaya transferi aktuallaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər