“Qarabağ”ın “İmarət” azarkeş qrupu fevralın 19-da baş tutacaq “Qəbələ” - “Qarabağ” görüşündə 50-60 nəfərlə təmsil olunacaq. Bu haqda Fanat.Az-a fanklubun İdarə heyətinin üzvü Elnur Quliyev məlumat verib.
“Qəbələ”yə öz hesabımıza yollanacağıq. Təxminən 50-60 nəfər olacağıq. İki kiçik avtobusla yola düşmək niyyətindəyik. Ola bilsin, bir böyük avtobusla da gedək. Əlbəttə ki, qələbə qazanacağımıza inanırıq. “Qəbələ” heç-heçə etsə, bunu özü üçün qələbə saya bilər”.
Fanat.Az