"İlin qalibləri-2016" layihəsinin icrasına başlanıldı

"İlin qalibləri-2016" layihəsinin icrasına başlanıldı

İdman Araşdırmalar Mərkəzi (İAM) ardıcıl 4-cü dəfə "İlin qalibləri" layihəsinin icrasına başlayıb. 

"İlin qalibləri-2016" adlanan layihənin baş sponsoru "İtaldizain Group", informasiya dəstəkçiləri isə "Report" agentliyi və Sportnet.az portalıdır.

İlkin mərhələdə 8 nominasiya üzrə namizədlər müəyyənləşəcək:

1. İlin idman xadimi;

2. İlin yerli futbolçusu;

3. İlin yerli idmançısı (digər növlər üzrə);

4. İlin əcnəbi idmançısı (bütün növlər üzrə);

5. İlin komandası (futbol və digər növlər üzrə);

6. İlin baş məşqçisi (futbol və digər növlər üzrə);

7. İlin mətbuat katibi (futbol və digər növlər üzrə);

8. İlin idman jurnalisti.

Futbol nominasiyaları üzrə namizədlər dekabrın 9-da, digər növlər üzrə isə dekabrın 13-də açıqlanacaq. Bu da futbol üzrə Avropa Liqasının qrup mərhələsində son turun dekabrın 8-də, taekvondo üzrə komandalararası dünya çempionatının isə 12-13 dekabrda keçiriləcəyi ilə əlaqədardır.

Qaliblərlə yanaşı, İAM-ın xüsusi mükafatlarının sahibləri dekabrın sonlarında təşkil olunacaq təntənəli mərasimdə mükafatlandırılacaqlar.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər