"Rəqib komanda bizi yaxşı təhlil etmişdi, oyuna yaxşı hazırlaşmışdılar. Bizim də məqsədimiz birinci oyunu yaxşı nəticəylə başa vurmaq idi". Bu sözləri Fanat.Az-a açıqlamasında "Qarabağ"ın müdafiəçisi Qara Qarayev deyib.
"Qarabağ" dünən Çempionlar Liqasının 2-ci tənsifat mərhələsinin ilk oyununa çıxıb. Evdə Gürcüstan çempionu "Samtredia"nı 5 cavabsız qolla yenən təmsilçimizin yarımmüdafiəçisi görüş haqda fikirlərini bölüşüb:
"Qüsursuz oynadığımızı deyə bilmərəm. Çatışmazlıqlarımız var. Dani Kintana, Riçard Almeyda kimi futbolçuların yoxluğunu da yaddan çıxarmaq olmaz. Gürcülər bəzi futbolçularımıza qarşı fərdi mübarizə aparırdılar. Məsuliyyəti üzərinə götürə bilən futbolçuları da var. Yəqin, bu tapşırıq idi. Meydana uduzmaq üçün çıxmamışdılar. Qollarımız vaxtında gəldi. Bir komanda səfərdə qol buraxırsa, ardından qapısında növbəti topu görürsə, yavaş-yavaş yenilgini qəbul etməyə başlayır. Əlbəttə, hesab böyük oldu. Amma cavab oyununa da formal matç kimi çıxmayacağıq. "Samtredia" öz meydanında daha aqressiv, daha həvəsli görünəcək".
Fanat.Az