"Hücum qurmaqda çətinlik çəkirdik"- MÜSAHİBƏ

"Hücum qurmaqda çətinlik çəkirdik"- MÜSAHİBƏ

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Panatinaikos”a hər iki oyunda yenilən“Qəbələ”nin heyətində inamsız oyunuyla yadda qalan Deyvi Bultyuz Bakıdakı görüşün ardından jurnalistlərin suallarını cavablandırıb. 

 

- “Qəbələ”nin mübarizəni bu mərhələdə dayandırmağına nə səbəb oldu?

- Hesabı çətinliklə açdıq. Hətta 2-3 dəqiqədən sonra ikinci qolu da vura bilərdik. Amma asan qol buraxdıq. 60 dəqiqə qapımızı toxunulmaz saxladıq. Sonra rəqib 2 qol vurdu. Etiraf edim ki, “Panatinaikos” səviyyəli kollektivdi.

 

- Son saniyələrdə reallaşdırılan həmləni nəzərə almasaq, ilk yarıda olduqca sönük göründünüz. Rəqib qapısına yaxınlaşmaq bu qədər çətin idi? 

- Bəli, hücum qurmaqda çətinlik çəkirdik. Niyə belə alındı, onu izah edə bilməyəcəm. Amma oyundan əvvəl öz aramızda danışmışdıq ki, rəqib qapısına yaxın oynamalıyıq. Qazonun üzərində bunu bacarmadıq.

 

- Afinadakı oyundan sonra demişdiniz ki, bu komanda bizim üçün çox çətin rəqibdi…

- Səfərdəki məğlubiyyətdən sonra həqiqətən də çətin idi. Bugün birinci hissədə də çox çalışdıq, cəhdlər etdik, amma qapıya yol tapa bilmədik. Yalnız ikinci hissədə məqsədimizə nail olduq. Sadə səhvdən qol buraxıq. Bundan sonra demək olar, şansımızı itirdik.

 

- Gələn həftə ölkə çempionatı start götürəcək. ilk turda cəmi bir mərhələ əvvəl avrokuboklarla vidalaşmış “İnter”lə qarşılaşacaqsınız. Bu duel haqda necə, düşünürsünüzmü?

- İndiyə qədər ancaq Avropa Liqası haqda düşünürdük. Çünki hazırda burda mübarizə aparırdıq. Sabah istirahət edəcəyik. Ondan sonra çempionat və ilk turdakı rəqibimiz haqda düşünməyə, “İnter”lə oyuna hazırlaşmağa başlayacağıq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər