"Hollandiya geniş məlumata sahib deyilik" - Tino Peres

"Hollandiya geniş məlumata sahib deyilik" - Tino Peres
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez "DÇ-2016"nın "play-off" mərhələsinin püşkünün nəticəsini dəyərləndirib. Fanat.az xəbər verir ki, affa.az saytına açıqlama verən ispaniyalı mütəxəssis şansları bərabər hesab etdiyini deyib:
“Hollandiya yığmasının heyətində Mərakeş əsilli futzalçılar çoxluq təşkil edir. Komandanın oyun dəst-xətti haqda geniş məlumata sahib deyilik, amma birinci oyuna qədər lazımi informasiyanı əldə edəcəyik. Yalnız son oyunlardakı nəticələri haqda məlumatlıyıq. Şanslara gəldikdə, 50-nin 50-yə - bərabər dəyərləndirirəm. Birinci oyundan sonra yekun fikir bildirmək olar. İlk oyunu səfərdə keçirəcəyik ki, bunu da komandamız üçün əlavə üstünlük hesab edə bilərik”.
Qeyd edək ki, Hollandiya – Azərbaycan oyunu martın 22-də keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər