"Heyəti qoruyub saxlayacağıq" - Əsgər Abdullayev

"Heyəti qoruyub saxlayacağıq" - Əsgər Abdullayev

Birinci divizionda turnir cədvəlinin lideri olan "Turan Tovuz" ikinci dövrə üçün müəyyən planlar cızıb. Baş məşqçi Əsgər Abdullayev komandada ciddi dəyişiklik etmək fikrində deyil.

O bunun səbəblərini Sport7.az saytına açıqlamasında bildirib: 

"Hardasa ayın 23-24-də rəhbərlik yığıncaq keçirəcək. Yığışıb qərar verəcəyik. Komandada hər şey normaldı. 

Nəyə ehtiyac var deyəndə, limitin dəyişməsini əvvəlcədən bilirdik. Hər halda 2-3 limitə uyğun futbolçular axtarıb tapmağa çalışacağıq. Yəqin ki, çox dəyişiklik olmayacaq. Hardasa 5-6 nəfər ala bilərik. Heyəti demək olar qoruyub saxlayacağıq. İlk dövrədə oyunların böyük əksəriyyətində iştirak edən gənclərə də şans yaradacağıq. Fikrimcə böyük problemlə qarşılaşmayacağıq. Legioner götürməyəcəyik".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər