"Hesabı açdıq, rəqib ayıldı"- Tərlan Quliyev

"Hesabı açdıq, rəqib ayıldı"- Tərlan Quliyev

“Yığmada ilk qolumu vurdum və buna görə çox sevinirəm. Vacib olan komandamızın qələbə qazanması idi”. Fanat.Az xəbər verir ki, bu sözlər millimizin müdafiəçisi Tərlan Quliyevə məxsusdu. 

Qətər üzərində dünən qazanılan 2:1 hesablı qələbədə hesabı açmaqla pay sahibi olan Tərlan matçdan sonra açıqlama verib:

 “Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək. Meydanda əzmkarlıq nümayiş etdirdik. Qələbənin ardını gətirmək lazımdır. Birinci hissədə hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Fasilədən sonra biz hesabı açdıq və sanki rəqib ayıldı, hücumlar qurmağa başladı. Bu da normal haldır, çünki Qətər yığması ev sahibiydi. Əsas qələbə qazanmaq, Almaniya millisi ilə oyuna yüksək əhval-ruhiyyədə yollanmaq idi, biz də bunu bacardıq”.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər