“Futbolçuları psixoloji cəhətdən oyuna kökləməyə çalışmışıq. Rəqib olduqca təhlükəli komandadı". Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində səfərdə “Şerif”lə cavab oyununa çıxacaq "köhlən atlar"ın çalışdırıcısı oyundan öncə düzənlənən ənənəvi mətbuat konfransında jurnalistlər önünə çıxıb. Qurbanov matçın çətin alınacağını vurğulayıb:
“Şansları bərabər sayıram. Bu oyun hər iki komanda üçün yaxşı fürsətdi. Çünki mərhələ keçəcək komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək. Bizi həm çətin, həm də maraqlı mübarizə gözləyir. “Şerif”i olduqca yüksək qiymətləndirirəm. Penaltilər seriyasına xüsusi hazırlaşmamışıq. Bu başqa məsələ ki, penaltilər futbolun bir hissəsidi və bu oyun penaltilər seriyasına qədər uzana bilər”.
Fanat.Az