"Gürcüstanın qapıçısı inanılmaz çıxış sərgilədi" -Roberto Martines

"Gürcüstanın qapıçısı inanılmaz çıxış sərgilədi" -Roberto Martines

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Avropa çempionatının qrup mərhələsinin III turunda Gürcüstana qarşı keçirdikləri oyundan (0:2) sonra fikirlərini bölüşüb: 

Fanat.Az UEFA-nın rəsmi saytına isyinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı mətbuat konfransında belə danışıb:

"Aşağı intensivliklə başladıq, erkən qol buraxdıq və bu, Gürcüstana lazım idi. Onların qapısı qarşısında yetərincə kəskin deyildik və rəqib qapıçı inanılmaz çıxış sərgilədi. Qol vurmağa çalışdıq, amma bacarmadıq. Bu, Gürcüstan millisini qələbəyə layiq olduqlarına inandırdı".

Qeyd edək ki, Gürcüstana məğlubiyyətə rəğmən, Portuqaliya yığması F qrupunun lideri qismində 1/8 finala yüksəlib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər