"Fənərbaxça"nın Avropa macərası bitdi

"Fənərbaxça"nın Avropa macərası bitdi
Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gecə 1/4 finala mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
"Fənərbaxça" çətin Portuqaliya səfərinə çıxıb. Evdə "Braqa"nı 1:0 hesabı ilə yenən "sarı-lacivərdlilər" bu üstünlükdən yararlana bilməyib. Meydan sahibləri 4:1 hesablı qələbə qazanaraq mərhələ adlayıb.
Gecənin maraqlı qarşılaşmalarından biri "Mançester Yunayted"lə "Liverpul" arasında baş tutacaq. İlk oyunda 2:0 hesablı qələbə qazanan "qırmızılar" 1:1 hesablı heç-heçə sayəsində 1/4 finala çıxıb.
Daha bir ölkə derbisi "Valensiya" və "Atletik" arasında keçirilib. Bilbao təmsilçisi evdə 1:0 hesabı ilə yendiyi rəqibinə uduzsa da (1:2), mərhələ keçib.
Dortmund “Borussiya”sı ilk oyunda 3:0 hesabı ilə yendiyi "Tottenhem"i səfərdə də udub - 2:1. Gecənin digər oyunlarına gəlincə, “Şaxtyor” "Anderlext"i, "Vilyarreal" "Bayer"i, "Sevilya" "Bazel"i, "Sparta" "Latsio"nu mübarizədən kənarlaşdırıb.
 
Avropa Liqası
2015/16 mövsümü
1/8 final, cavab oyunları
 
17 mart
Bayer (Almaniya) - Vilyareal (İspaniya) 0:0
Leverkuzen, “BayArena” stadionu (ilk oyun - 0:2)
 
Latsio (İtaliya) - Sparta (Çexiya) 0:3
Qollar: Dokkal, 10. Kreyçi, 12. Julis, 44.
Roma, Olimpiya stadionu (ilk oyun - 1:1).
 
Valensiya (İspaniya) - Atletik (İspaniya) 2:1
Qollar: Santi Mina, 13. Aderlan Santos, 37 - Aduriz, 76. 
Valensiya, “Mestalya” stadionu (ilk oyun - 0:1).
 
Anderlext (Belçika) - Şaxtyor (Ukrayna) 0:1
Qol: Da Silva, 90+3.
Brüssel, “Konstant Vanden Stok” stadionu (ilk oyun - 1:3).
 
Braqa (Portuqaliya) - Fənərbaxça (Türkiyə) 4:1
Qollar: Ahmet Hasan, 12. Josue, 69. Stoyilkoviç, 74. Silva 83 - Alper, 45+1.
Braqa, “Munisipial” stadionu (ilk oyun - 0:1).
 
Mançester Yunayted (İngiltərə) - Liverpul (İngiltərə) 1:1
Qollar: Martial, 31 - Koutinyo, 45.
Mançester, “Old Trafford” stadionu (ilk oyun - 0:2).
 
Sevilya (İspaniya) - Bazel (İsveçrə) 2:0
Qollar: Rami, 35, Qameyro, 44; 45.
Sevilya, “Ramon Sançes” stadionu (ilk oyun - 0:0).
 
Tottenhem (İngiltərə) - Borussiya (Dortmund, Almaniya) 1:2
Qollar: Son, 74 - Obameyanq, 24; 71.
London, “Vayt Hart Leyn” stadionu (ilk oyun - 0:3).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər