"Qalatasaray"la oyundan öncə əsas heyətə düşməməsinə əsəbləşərək Pereyraya üsyan edərək düşərgəni tərk edən Canər Erkinlə bağlı qərar dəyişəcək.
Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün baş məşqçi Vitor Pereyrayla klub prezidenti Əziz Yıldırım Canərin məsələsini yenidən müzakirə edəcək. Pereyra artıq futbolçudan kinli olmadığını, onu bağışladığını bildirib. İş o yerə gəlib çatıb ki, portuqaliyalı çalışdırıcı futbolçunun üzr istəməyinə gərək olmadığını belə dilə gətirib.
Belə olan durumda Əziz Yıldırımın da baş məşqçisinin istəyini qəbul edəcəyi, Canərin komandanın məşqlərinə qatılmasına icazə verəcəyi gözlənilir.
Fanat.az