"Fənərbaxça" Avropada rəqib tanımır

"Fənərbaxça" Avropada rəqib tanımır

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Fanat.az xəbər verir ki, bu mərhələnin bütün qarşılaşmaları eyni gündə baş tutub.

 

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” öz meydanında “Braqa” ilə oynayıb. Azərbaycanlı futbolsevərlərin də yaxından izlədiyi qarşılaşma İstanbul klubunun minimalhesablı qələbəsi ilə başa çatıb. Mehmet Topalın 83-cü dəqiqədə vurduğu qol matçda yeganə olub. “Sarı bülbüllər” Portuqaliyaya bir qolun verdiyi üstünlüklə yollanacaqlar.

 

Dortmundda yerli “Borussiya” “Tottenhem”lə qarşılaşıb. Futbol ictimaiyyəti tərəfindən "erkən final" kimi xarakterizə olunan görüş maraqlı mübarizə şəraitində keçib. Türk hakim Cüneyt Çakırın idarə etdiyi matçda meydan sahibləri ingilisləri darmadağına “qonaq” ediblər. “Sarı-qaralar” 3 cavabsız qolla qalib gələrək, növbəti tur üçün böyük üstünlük qazanıblar.

 

Daha bir “erkən final” isə Liverpulda baş tutub. Yerli komanda “Mançester Yunayted”i qəbul edib. Yürgen Kloppun yetirmələri doğma meydanda "şeytanın qıçını qırıblar". Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İspaniya derbisi də gərginliyinə görə digər iki qarşılaşmadan geri qalmayıb. “Atletik”lə “Valensiya” arasındakı ilk mübarizənin taleyini bir qol həll edib. Bilbaolular səfərə minimalhesablı üstünlüklə yollanacaqlar.

 

Avropa Liqası

1/8 final mərhələsi

İlk oyunlar

 

10 mart

“Bazel” (İsveçrə) – “Sevilya” (İspaniya) 0:0

 

“Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə) 3:0

Qollar: Obameyanq, 30, Roys, 62, 70

“Fənərbaxça” (Türkiyə) – “Braqa” (Portuqaliya) 1:0

Qol: Mehmet Topal, 83

 

“Şaxtyor” (Ukrayna) – “Anderlext” (Belçika) 3:1

Qollar: Tayson, 21, Kuçer, 24, Alves, 79 - Aşemponq, 68

 

“Atletik” (İspaniya) – “Valensiya” (İspaniya) 1:0

Qol: Qarsia, 20

 

“Liverpul” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə) 2:0

Qollar: Staric, 20, Firimino, 74

 

“Sparta” (Çexiya) – “Latsio” (İtaliya) 1:1

Qollar: Fridek, 13 - Parolo, 38

 

“Vilyareal” (İspaniya) – “Bayer” (Almaniya) 2:0

Qollar: Bakambu, 4, 56

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər