"Əminəm ki, macarlar da eyni fikirdədirlər" -Stiv Klark

"Əminəm ki, macarlar da eyni fikirdədirlər" -Stiv Klark

Şotlandiya millisinin baş məşqçisi Stiv Klark Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün Macarıstan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Macarıstan millisi yaxxşı baş məşqçisi olan, təşkilatlanmış komandadır. Meydanda həm topla, həm də topsuz yaxşı futbol sərgiləyirlər. Rəqibin heyətində yüksək səviyyəli oyunçular var. Çətin oyun olacağını bilirik. Əminəm ki, onlar da eyni fikirdədirlər".

Qeyd edək ki, Şotlandiya - Macarıstan matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər