"DÇ-2016"da finalın adı müəyyənləşdi

"DÇ-2016"da finalın adı müəyyənləşdi

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında ikinci finalçısı müəyyənləşib. Fanat.Az xəbər verir ki, bu hüquqa Argentina millisi yiyələnib.

Lionel Messinin həmyerliləri yarımfinalda Portuqaliyaya 5:2 hesabı ilə qalib gəlib. Bununla da onlar tarixlərində ilk dəfə dünya çempionatının finalına çıxıb.

Həlledici görüşdə cənubi amerikalıların rəqibi Rusiya olacaq. Görüş oktyabrın 1-də Bakı vaxtı ilə saat 23.30-da başlayacaq.

Qeyd edək ki, Portuqaliya 1/4 finalda Azərbaycan yığmasını, Rusiya isə yarımfinalda İranı yenib. 3-cü yer uğrunda görüşdə Portuqaliya ilə İran milliləri üz-üzə gələcək. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər