Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu baş məşqçisiz qalıb. Fanat.Az xəbər verir ki, bu, Super Liqanın XXIX turunda evdə "Qalatasaray"a 0:5 hesablı məğlubiyyətdən sonra baş verib.
Baş məşqçi Mutlu Topçu mətbuat konfransında istefa verdiyini açıqlayıb. Qalan 5 turda baş məşqçi səlahiyyətləri aşağı yaş qruplarına cavabdeh olan Adnan Örnekə həvalə olunub.
Türkiyə mətbuatı "Bursaspor" rəhbərliyinin bu həftə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşəcəyini yazıb. Xorvatiyalı mütəxəssisin növbəti mövsümdən "timsahlar"ın sükanı arxasına keçəcəyi yenidən iddia olunur.
Qeyd edək ki, Mutlu Topçu "Bursaspor"a yanvarın 30-da baş məşqçi təyin olunmuşdu. Hazırda bu klub 35 xalla 13-cü pillədədir.
Fanat.Az