"Bizə 45 milyon avro təklif etdilər" - Vadim Vasilyev

"Bizə 45 milyon avro təklif etdilər" - Vadim Vasilyev
2 mövsümdü dünya futbolunun ulduzlarına böyük məbləğlər ödəyən Çin klublarının son hədəfə Radamel Falkao olub. 
Fanat.Az "L`Equipe"ə istinadən xəbər verir ki, Çinin "Tianjin Quanjian" klubu "Çelsi"nin ulduzu Dieqo Kosta üçün göndərdiyi təklifdən bir neçə gün sonra Falkao üçün "Monako"ya müraciət edib.
Çinlilərin kolumbiyalı ulduz üçün 45 milyon avroluq təklif göndərdiyi deyilir. Lakin "Monako" təklifi qəbul etməyib. Klubun vitse-prezidenti Vadim Vasilyev açıqlamasında "Yüksək məbləğli transfer təkliflərinin rədd edilməsinin çətin olduğu dönəmdəyik. Amma Falkaonu 45 milyon avroya buraxa bilmərik. Çin klubu onu istəyirsə, təklifi 30 faiz artırmalıdır" deyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər