"Bəzi nüanslar var ki, bizə mane oldu" - Adil Şükürov

"Bəzi nüanslar var ki, bizə mane oldu" - Adil Şükürov

"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan kubokunun  1/4 finalında "Neftçi" ilə oyundan (2:1) sonra fikirlərini bildirib. O, rəqibi növbəti mərhələyə yüksəldiyi üçün təbrik edib:

İki oyunun nəticəsinə görə qalib gəlib, yarımfinala çıxdı.  Bəzi nüanslar var ki, bizə mane oldu. Kubokda mübarizəni dayandırmağımız çempionata daha çox diqqət göstərməyimizə səbəb olacaq".

Şükürov "Zirə"nn azsaylı azarkeşlərinin onu istefaya səsləməsi iddialarına  münasibət bildirib: "Bu il azarkeşlər daha çox şey gözləyirlər. Amma bizi bura gətirən rəhbərlik var. Mən də etimadı doğrultmağa çalışıram. Düzdü, son vaxtlar stabil çıxış etmirik. Bunu düzəltməyə çalışacağıq".

Qeyd edək ki, "Zirə" iki oyunun nəticəsinə (3:0, 1:2) əsasən turnirdə mübarizəni dayandırıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər