La Liqanın IV turunda qarşılaşdıqları "Barselona"ya "Leqanes" klubu maraqlı hədiyyə edib. Şənbə günü baş tutan matç qabağı oyunçuların paltardəyişmə otağında "Barsa"lılar içində meyvə və "orijinal adlı" yazılmış 6 xiyar olan səbət görüblər.
İş burasındadı ki, oyunun keçirildiyi Butarke bələdiyyəsində uzun müddət xiyar yetişdirilib və "Leqanes" klubuna da zarafatla "xiyaryetişdirənlər" deyirlər.
Oyundan əvvəl "Leqanes" klubu "Twitter"dəki rəsmi səhifəsində yazıb: "Sizə paltardəyişmə otağında "orijinal adlı" bir səbət xiyar qoymuşuq. Necə olduğunu deyərsiniz".
"Barselona" da "Twitter"dəki rəsmi səhifəsində durumun videosunu paylaşaraq yazıb: "Butarkedə paltardəyişmə otağında hər şey hazırdır".
Qonaqpərvər ev sahibinin jesti isə oyunun taleyinə "yumşaq" təsir göstərə bilməyib: qonaqlar 5 qol vurub, öz qapılarında bircə qol görüblər.
Fanat.Az