"Barsa" Vidalsız qaldı-FOTO

"Barsa" Vidalsız qaldı-FOTO

“Barselona”nın müdafiəçisi Aleiş Vidal İspaniya çempionatının 22-ci turu çərçivəsində keçirilən matçda ağır zədə alıb. Fanat.Az Kataloniya təmsilçisinin saytına istinadən xəbər verir ki, arxa xətt oyunçusu “Alaves”lə görüşdə (6:0) topuğundan zədələnib.

Oyunun 85-ci dəqiqəsində rəqib futbolçuyla toqquşan Vidal meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb. Dərhal xəstəxanaya çatdırılan oyunçu əməliyyat olunub. “Barsa” azı 5 ay Aleişsiz qalacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər