Çin klubları “Barselona” rəhbərliyini əməlli-başlı təşvişə salıb. Fanat.Az “OK Diario”ya istinadən xəbər verir ki, Kataloniya klubu Lionel Messiylə müqaviləsinin müddəti başa çatmamış danışıqlar aparır.
Argentinalı superulduza illik 40 milyon avro məvacib təklif edilib. Danışıqlar böyük ehtimalla, müsbət nəticələnəcək və hazırkı müqaviləsi 2018-ci ilin yanvarında qüvvədən düşəcək futbolçuyla yeni dördillik sözləşmə imzalanacaq.
29 yaşlı Messi bu mövsüm “Barselona”nın formasında bütün turnirlər nəzərə alınmaqla 22 matça çıxıb və 26 top vurub. Üstəlik, 7 məhsuldar ötürməylə də yadda qalıb. “Transfermarkt” portalı onu 120 milyon avroyla dəyərləndirir.
Fanat.Az