"AVRO-2017": Polşa millimizi dayandıra bilmədi

"AVRO-2017": Polşa millimizi dayandıra bilmədi

Bu gün qadın voleybolçular arasında "AVRO-2017"də növbəti oyunlar keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında yığmamız oyunlarını Bakıda keçirir.

A qrupunda yer alan Faiq Qarayevin yetirmələri ikinci oyununa çıxıb. Millimizin növbəti rəqibi Polşa yığması olub. İlk oyunda Macarıstana qalib gələn komandamız bu matçda da qələbəni bayram edib - 3:0.

Qeyd edək ki, qrupumuzun digər görüşündə Macarıstan Almaniya ilə üz-üzə gələcək.

 

AVRO-2017

Qrup mərhələsi

A qrupu, II tur

Azərbaycan - Polşa 3:0 (25:14, 25:21, 25;23)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova.

Polşa: 1. Maya Tokarska, 4. Patirisia Polak, 5. Aqnieska Kakolevska, 7. Natalia Murek, 9. Aleksandra Krzos, 10. Zuzanna Efimienko, 12. Monika Bociek, 13. Aqata Vitkovska, 14. Coanna Volozs, 15. Martina Qrayber, 17. Malvina Smarzek, 18. Yulia Tvardovska, 20. Marlena Plesnieroviç, 22. Roksana Brzoska.

Hakimlər: Kseniya Yurkoviç (Xorvatiya), Yuray Mokri (Slovakiya).

 

1. Azərbaycan2206-0150-1116

2. Polşa3216-6258-2505

3. Almaniya1012-393-1061

4. Macarıstan2021-6135-1690

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər