Fransada keçirilən Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, artıq 1/4 finalın bütün iştirakçısı müəyyənləşib.
Bu mərhələdə Fransa, Almaniya, İtaliya, Portuqaliya, Polşa, Belçika, Uels və İslandiya mübarizə aparacaq. Mərhələnin ən maraqlı qarşılaşması Almaniya - İtaliya matçı olacaq. Bu matç İtaliya - İspaniya oyunu kimi erkən final adlandırılır.
1/4 finalın təqvimini təqdim edirik.
30 iyun
20.00 Polşa - Portuqaliya
1 iyul
20.00 Uels - Belçika
2 iyul
20.00 Almaniya - İtaliya
3 iyul
20.00 Fransa - İslandiya
Fanat.az