Futbol üzrə Avropa çempionatının başlamasına saatlar qalıb. Bütün dünya, bütün aparıcı telekanallar və bütün futbol “xəstələr”i diqqətini Fransaya yönəldib. Ordan gələn hər xəbər böyük maraqla izlənilir.
Budəfəki çempionatda ilk dəfə 24 komanda 6 qrupda mübarizə aparacaq. A, B, C, D, E və F qruplarında mübarizə aparacaq komandalardan ilk iki yeri tutanlar 1/8 finala vəsiqə qazanacaqlar. Üstəlik, qrup mərhələsində ən yaxşı üçüncü yerin sahibi olan 4 komanda da növbəti mərhələyə yüksələcək. Qrup mərhələsinin oyunları iyunun 2-də başa çatacaq.
Bir ay davam edəcək qitə birinciliyinin bütün oyunları 9 fərqli şəhərin 10 arenasında oynanılacaq. Açılış matçı iyunun 10-da Parisdə, “Stad de Frans”da olacaq. Meydan sahibi Fransa millisi Rumıniya ilə qarşılaşacaq.
Elə Avropanın ən güclüsünün adına da bu stadionda aydınlıq gələcək. Belə ki, turnirin final oyunu düz bir ay sonra iyulun 10-da məhz bu məkanda baş tutacaq.
Oyunları İngiltərə, Almaniya, Türkiyə, Şotlandiya, İsveç, Rumıniya, Rusiya, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Serbiya, Norveç, İtaliya, Sloveniya və Fransadan olan hakimlər idarə edəcək.
Fanat.az oxucuları qrupların tərkibi və turnirin təqvimi ilə tanış edir:
A qrupu: Fransa, Rumıniya, Albaniya, İsveçrə
B qrupu: İngiltərə, Rusiya, Uels, Slovakiya
C qrupu: Almaniya, Ukrayna, Polşa, Şimali İrlandiya
D qrupu: İspaniya, Çexiya, Türkiyə, Xorvatiya
E qrupu: Belçika, İtaliya, İrlandiya, İsveç
F qrupu: Portuqaliya, Avstriya, Macarıstan, İslandiya
10 iyun
23:00 Fransa - Rumıniya (Paris)
11 iyun
17:00 Albaniya - İsveçrə (Lans)
20:00 Uels - Slovakiya (Bordo)
23:00 İngiltərə (Rusiya (Marsel)
12 iyun
17:00 Türkiyə - Xorvatiya (Paris)
20:00 Polşa - Şimali İrlandiya (Nitsa)
23:00 Almaniya - Ukrayna (Lill)
13 iyun
17:00 İspaniya - Çexiya (Tuluza)
20:00 İrlandiya - İsveç (Stad de Frans)
23:00 Belçika - İtaliya (Lion)
14 iyun
20:00 Avstriya - Macarıstan (Bordo)
23:00 Portuqaliya - İslandiya (Sent-Etyen)
15 iyun
17:00 Rusiya - Slovakiya (Lill)
20:00 Rumıniya - İsveçrə (Paris)
23:00 Fransa - Albaniya (Marsel)
16 iyun
17:00 İngiltərə - Uels (Lans)
20:00 Ukrayna - Şimali İrlandiya (Lion)
23:00 Almaniya - Polşa (Paris)
17 iyun
17:00 İtaliya - İsveç (Tuluza)
20:00 Çexiya - Xorvatiya (Sent-Etyen)
23:00 İspaniya - Türkiyə (Nitsa)
18 iyun
17:00 Belçika - İrlandiya (Bordo)
20:00 İslandiya - Macarıstan (Marsel)
23:00 Portuqaliya - Avstriya (Paris)
19 iyun
23:00 İsveçrə - Fransa (Lill)
23:00 Rumıniya - Albaniya (Lion)
20 iyun
23:00 Slovakiya - İngiltərə (Sent-Etyen)
23:00 Rusiya - Uels (Tuluza)
21 iyun
20:00 Şimali İrlandiya - Almaniya (Paris)
20:00 Ukrayna - Polşa (Marsel)
23:00 Xorvatiya - İspaniya (Bordo)
23:00 Çexiya - Türkiyə (Lans)
22 iyun
20:00 Macarıstan - Portuqaliya (Lion)
20:00 İslandiya - Avstriya (Paris)
23:00 İsveç - Belçika (Nitsa)
23:00 İtaliya - İrlandiya (Lill)
1/8 final
25 iyun
17:00 1. A qrupunun 2-cisi - C qrupunun 2-cisi (Sent-Etyen)
20:00 2. B qrupunun qalibi - A (C və ya D) qrupunun 3-cüsü (Paris)
23:00 3. D qrupunun qalibi - B (E və ya F) qrupunun 3-cüsü (Lans)
26 iyun
17:00 4. A qrupunun qalibi - C (D və ya E) qrupunun 3-cüsü (Lion)
20:00 5. C qrupunun qalibi - A (B və ya F) qrupunun 3-cüsü (Lill)
23:00 6. F qrupunun qalibi - E qrupunun 2-cisi (Tuluza)
27 iyun
20:00 7. E qrupunun qalibi - D qrupunun 2-cisi (Paris)
23:00 8. B qrupunun 2-cisi - F qrupunun 2-cisi (Nitsa)
1/4 final
30 iyun
23:00 9. 1 cütünün qalibi - 3 cütünün qalibi (Marsel)
1 iyul
23:00 10. 2 cütünün qalibi - 6 cütünün qalibi (Lill)
2 iyul
23:00 11. 5 cütünün qalibi - 7 cütünün qalibi (Bordo)
3 iyul
23:00 12. 4 cütünün qalibi - 8 cütünün qalibi (Paris)
Yarımfinal
6 iyul
23:00 13. 9 cütünün qalibi - 10 cütünün qalibi (Lion)
7 iyul
23:00 14. 11 cütünün qalibi - 12 cütünün qalibi (Marsel)
Final
10 iyul
23:00 15. 13 cütünün qalibi - 14 cütünün qalibi (Paris, Stad de Frans)
Fanat.az