Fransada keçiriləcək Avropa çempionatına start verilib. Fanat.az xəbər verir ki, turnirin ilk qolu açılış oyununda vurulub.
İlk qol meydan sahiblərinin payına düşüb. Belə ki, Fransadan Oliver Qiround 58-ci dəqiqədə rəqib qapısına yol taparaq hesabı açıb.
Oyunda həmçinin turnirin ilk penaltisi qeydə alınıb. 65-ci dəqiqədə Fransanın qapısına penalti təyin edilib və Boqdan Stankunun zərbəsi dəqiq olub.
Fanat.az