"Biz bitdi demədən bitməz" demək üçün öncə yaxşı başlamayılıq. Biz bu gün başlaya bilmədik". Fanat.az xəbər verir ki, bu sözləri Xorvatiya ilə oyundan sonra Türkiyə millisinin baş məşqçisi Fatih Terim deyib.
"İmperator" 0:1 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bildirib: "İkinci hissəni bəyənmədim. İlk yarıda mübarizə aparan bir komanda var idi. Ozanla qol vəziyyəti yaratdıq. Rəqib qola qədər təhlükəli vəziyyət yarada bilmədik. İkinci hissədə yorğunluqlar oldu".
"Burda "bağışla" sözü yoxdu. Önəmli dərslər aldıq. Qarşıda İspaniya və Çexiya matçları var. Mübarizə bitməyib" deyə Terim əlavə edib.
Baş məşqçi hakimliklə bağlı qısa danışıb: "Matçın hakimi ilə bağlı Konyadakı oyundan sonra deyə biləcəklərimi demişdim. Başqa sözə ehtiyac yoxdu".
Fanat.az