"Astana" darmadağın olundu, "Başakşəhər" uduzdu- ÇEMPİONLAR LİQASI

"Astana" darmadağın olundu, "Başakşəhər" uduzdu- ÇEMPİONLAR LİQASI

Bu gecə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 5 oyun baş tutub.

 

Fanat.Az xəbər verir ki,"Başakşəhər" Türkiyədə cütün favoriti  "Sevilya"ya uduzub.Qazaxıstan təmsilçisi “Astana” isə səfərdə “Seltik”dən 5 cavabsız qol “yeyərək” cavab matçını formallığa çevirib.

 

"Başakşəhər" (Türkiyə) - "Sevilya" (İspaniya) 1:2 Qol: Elia, 64 - Eskudero, 16. Yedder, 84.

"Seltik" (Şotlandiya) - "Astana" (Qazaxıstan) 5:0 Qol: Postnikov, 32-öz qapısına. Sinkleyr, 42; 60. Forrest, 79. Qriffits, 88.

"Hapoel" (Beer Şeva, İsrail) - "Maribor" (Sloveniya) 2:1 Qol: Nuakaeme, 12. Tzedek, 45-pen. - Tavares, 10.

"Napoli" (İtaliya) - "Nitsa" (Fransa) 2:0 Qol: Mertens, 13. Corcinyo, 70.

"Olimpiakos" (Yunanıstan) - "Riyeka" (Xorvatiya) 2:1 Qol: Ofoe, 66. Romao, 90 - Heber, 42.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər