"Arvadı onu qara kişi ilə aldadıb" - Melodan şok sözlər

"Arvadı onu qara kişi ilə aldadıb" - Melodan şok sözlər

Felipo Melo irqçiliyə məruz qalıb. Fanat.Az xəbər verir ki, xoşagəlməz halla Braziliyanın "Palmeyras" klubunda forma geyinən futbolçu Uruqvayın "Penarol" komandası ilə Libertadores Kuboku oyununda üzləşib.

Braziliyalıların 3:2 hesalı qələbə qazandığı matçda rəqib futbolçuya Qaston Rodriges Meloya "Meymun" deyib. "Pitbull" ləqəbli futbolçu oyundan sonra açıqlama verib:

"Qaston Rodriges fasilədə yanıma gəldi və mənə meymun, meymun, meymun deməyə başladı. Hə, mən qara dəriliyəm. Yəqin arvadı ona qara dərili kişi ilə xəyanət edib ki, bəzi problemləri var. Əvvəlki Melo olsaydı, yumruğu yemişdi. Amma tanrı məni yenidən yaratdı. Artıq özümə nəzarət edə bilirəm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər