"Araz"ın rəqibləri bəlli oldu

"Araz"ın rəqibləri bəlli oldu

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkatması keçirilib. Fanat.Az xəbər verir ki, turnirdəki təmsilçimiz "Araz" B qrupunda mübarizə aparacaq.

Naxçıvan klubunun rəqibləri “Uqra Yuqorsk” (Rusiya), “Hamburq” (Almaniya) və “Nasional Zaqreb” (Xorvatiya) komandalarıdır.

Bu qrupun oyunları noyabrın 22-dən 27-dək Xorvatiyada təşkil olunacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər