"Almaniya kimi yığmalara uduzmaq rəzalət sayılmamalıdır" - Marko Rossi

"Almaniya kimi yığmalara uduzmaq rəzalət sayılmamalıdır" - Marko Rossi

Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avropa çempionatının qrup mərhələsinin  II turunda Almaniyadan aldıqları məğlubiyyəti dəyərləndirib.

Fanat.Az xəbər verir ki, 59 yaşlı çalışdırıcı bu gün reallaşan görüşdən sonra baş tutan mətbuat konfransında belə danışıb:

"Oyun ərzində bir çox səhvlərə yol verdik. Almaniya kimi komandalar çox güclü oyun sərgiləyirlər. Belə millilərə uduzmaq rəzalət sayılmamalıdır. Onların dünya səviyyəli futbolçuları var. Bizim də şanslarımız oldu, amma yararlana bilmədik. Almaniya bu turnirin ən böyük favoritidir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər