"Ağıllı insanlar bu vəziyyətdən yararlanıb..." - Qriqorçuk

"Ağıllı insanlar bu vəziyyətdən yararlanıb..." - Qriqorçuk

“Razıyıq ki, 3 xal qazandıq. Yaxşı oynadıq. Çox pozitivəm”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Topaz Premyer Liqasının IV turu çərçivəsində bu gün “Neftçi”nin qonağı olan “qırmızı-qaralar” rəqibi darmadağın ediblər.

 

“Qəbələ”nin 8:0 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra Qriqorçuk mətbuat konfransı keçirib: “Biz həmişə yaxşı, qollu nəticəyə köklənirik. Bu, hər dəfə alınmır. Amma bu dəfə bacardıq”.

 

- “Anderlext”lə oyunöncəsi bu cür qələbə komandada arxayınlaşma yarada bilərmi?

- Yaxşı nəticə bizə yaxşı əhval gətirdi. Pozitivik. Belə halda öyrənmək daha yaxşıdı. Düşünürəm ki, bu, futbolçulara yaxşı təsir göstərəcək.

 

- Komandanızı oyuna necə kökləmişdiniz?

- Birinci hissədə 3:0-dan sonra bir balaca “boşalma” oldu. Amma sonra futbolçularım özlərinə qayıtdılar. Bu cür qələbə yaxşı emosiya yaradır. Ağıllı insanlar bu vəziyyətdən yararlanıb, inkişaf edirlər.

 

- Sizcə, bu gün “Neftçi” çox zəif idi, yoxsa “Qəbələ” yaxşı oynadı?

- Rəqibin oyununu dəyərləndirmək mən tərəfdən düz çıxmaz. Öz komandamla bağlı onu deyə bilərəm ki, yaxşı oynadıq. Amma bununla bərabər səhvlərimiz oldu.

 

- “Anderlext”lə oyunöncəsi əsas heyətin heç bir üzvünü qorumadınız. Bunun səbəbini nə ilə izah edərdiniz?

- Bizdə heç nə dəyişməmişdi. Heyətdə həmişə layiq olan futbolçulara yer veririk. Bizim bu yanaşmamız heç vaxt dəyişməyəcək.

 

- Yeni transferlər – Ruslan Qurbanov və Pranyiçin çıxışından razı qaldızmı?

- Mən bütün oyunçulardan razı qaldım. Futbolçuları ayırmaq istəmirəm. Düzdü, onların oyununu ayrı-ayrılıqda təhlil edəcəyik. Amma elə məqamlar oldu ki, futbolçular onları düzəltməlidilər.

 

- “Anderlext”lə səfər matçında hansı nəticəyə ümid edə bilərik?

- Etiraf edim ki, rəqibin oyunlarına artıq baxmışam. Çünki bilirdim ki, “Neftçi” ilə matçdan sonra “Anderlext” haqda məlumat toplamağa vaxtım çatmayacaqdı. Məlumat o qədər çoxdu ki, “Neftçi” ilə oyuna hazırlaşmaqla yanaşı, onların oyunlarını izləmişəm. Amma hələ də onların matçlarına baxmalıyam.(apasport.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər