"Ağabala Ramazanov rəqibi vurubsa..." - Zaur Svanadze

"Ağabala Ramazanov rəqibi vurubsa..." - Zaur Svanadze

Premyer Liqanın II turunda "Qəbələ”ylə heç-heçə oynayan (0:0) "İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis oyunla bağlı bunları deyib:

- Hava necə idisə, oyun da elə alındı. Hər iki komanda aşağı tempdə oynadı. İkinci hissədə yaxşı təsir bağışladıq. "Qəbələ” yaxşı komandadı. Avropa Liqasında onlara uğurlar arzulayırıq. Qarşıdakı oyunlara köklənəcəyik.

- Sizcə, nəticə oyuna görə oldu?

- Rəqib ərazi üstünlüyünə malik olsa da, o qədər də təhlükəli vəziyyətlər yaratmadılar. Məncə, nəticə oyuna görə oldu.

- "İnter”i çempionluğa namizdələrdən hesab etmək olar?

- Hələ ki, çempionatın əvvəlidi. Bu barədə nəsə demək çətindi.

- Sizcə, "Qarabağ”a qarşı oynamaq daha çətin idi, yoxsa "Qəbələ”yə?

- İstəməzdik ki, ilk iki turda bu komandalara qarşı oynayaq. Hər iki komandaya qarşı oynamaq çətindi.

- Ağabala Ramazanov epizodların birində Ürfan Abbasovu vursa da, hakim bu epizodu görmədi. Onun bu hərəkətinə münsabiətiniz necədi?

- Həmin epizodu görmədim. Təkrara baxdıqdan sonra fikir bildirə bilərəm. Təbii ki, rəqibi vurubsa, onunla söhbət edəcəyik.

- Penalti epizodu barədə nə deyə bilərsiz?

- Həmin epizoda çox uzaq idim. Buna görə, dəqiq bir şey deyə bilməyəcəm.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər