Quluzadə dünya ikincisi oldu

Quluzadə dünya ikincisi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada iranlı Poya Marzla üz-üzə gəlib. Rəqibinə 1:5 hesabı ilə uduzan Quluzadə gümüş medalla kifayətlənib.

63 kq-da çıxış edən Ziya Babaşov bürünc medal uğrunda görüşdə yaponiyalı Ryuto İkedanı sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə əsasən, məğlub olan Azərbaycan təmsilçisi 5-ci yerlə kifayətlənib.

130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə 3-cü yer uğrunda görüşdə iranlı Əliəkbər Yusufiəhmədçali ilə bacarmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər